Türkiyəli qadın nazirin maşınını Hollandiya polisi saxlayıb - Diplomatik qalmaqal məcrasından çıxır

img

11-03-2017 [23:39]


Niderland polisi Rotterdam şəhərində Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanın içərisində olduğu maşını saxlayıb.

Bu barədə şənbə günü "Er-te-ve Reynmond" telekanalı məlumat yayıb(Report).

Nazir bundan əvvəl Hollandiya hökumətinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə enmə icazəsi verməməsi səbəbindən, bu ölkəyə Almaniyadan avtomobil ilə gedib.

Türkiyə hökumətinin üzvləri konstitusiya islahatlarına dəstək məqsədi ilə bir sıra Avropa ölkələrində siyasi kampaniya aparırlar.

Niderlandda Türkiyə siyasətçilərinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan tədbirlər təhlükəsizlik səbəbi ilə qadağan edilib.

Xatırladaq ki, nazir konsulluğa getməyi planlaşdırırdı. Hazırda onun yanında onlarla Hollandiya türkü nazirin gəlişini gözləyir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA