"Bunlar nasist qalıqları, bunlar faşistdir" - Ərdoğandan Hollandiyaya sərt cavab

img

11-03-2017 [15:59]


Bu gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlunun uçuş icazəsini ləğv edib.

Bu məsələ Türkiyə prezidenti Ərdoğanın sərt reaksiyasına səbəb olub. "Bunlar nasist qalıqları, bunlar faşistdir" reaksiyasını göstərən Ərdoğan "Bundan sonra sənin təyyarələrin görək Türkiyəyə necə gələcək"-deyib.

Türkiyə prezidenti deyib: "Hollandiya bir dəfə sıçrasın, iki dəfə sıçrasın, amma bunu bilsin ki, mənim vətəndaşlarım sizin oyununuzu 16 apreldə pozacaq. İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə saxlayın. Bunların hamısı sizə əks təsir göstərəcək. Bunlara dair şübhəsiz ki, 16 apreldən etibarən sanksiyalarımızı tətbiq edəcəyik. Biz səbrliyik.

Görək bundan sonra sənin təyyarələrin Türkiyəyə necə gələcək? Təbii ki, mən diplomatiyanı nəzərdə tuturam. Hollandiya vətəndaşlarının səyahətini nəzərdə tutmuram, o başqa mövzudur. Bunlar nə siyasət bilirlər, nə də beynəlxalq diplomatiyadan xəbərləri var. Bunlar bu qədər qorxaqdırlar. Bunlar nasist qalıqları, bunlar faşistdir".

Ölkə.Az



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA