Türkiyənin xarici işlər naziri Hollandiyaya buraxılmadı - Diplomatik SKANDAL

img

11-03-2017 [15:49]


Türkiyə ilə Hollandiya arasında qalmaqala səbəb olan hadisə baş verib.

Xarici işlər naziri Mövlud Çavuşoğlunun Hollandiyaya getməsinin qarşısı alınıb. Hollandiya tərəfi Çavuşoğlunun uçuş icazəsini ləğv edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər".

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir "Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar"- deyə, bildirmişdi.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA