Ərdoğan hansı dövlətə eyham vurdu: "İşbirliyimiz bəzilərini narahat edir"

img

10-03-2017 [21:32]


"Türkiyə və Rusiyanın regionda problemlərin həllində işbirliyi bəzilərini narahat edir".
 
Bunu Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi birgə mətbuat konfransında bildirib.
 
"Ancaq biz təxribatlara uymayacağıq, terror təşkilatlarının ikitərəfli münasibətlərini zəhərləməsinə icazə verməyəcəyik. Fürsətdən istifadə edib, Ankara terrorun qurbanı olan səfir Andrey Karlovun xatirəsini anmaq istəyirəm", - deyə Türkiyə prezidenti qeyd edib.
 
R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putini İstanbula dəvət edib: "Sizi gələn il Türkiyə keçiriləcək Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına dəvət edirəm. Bu il iyul ayında İstanbulda keçiriləcək Dünya Neft Konqresində Vladimir Putini görməkdən məmnun olarıq".  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA