"Onların Moskva ofisini bağlayın" - Ərdoğan Putinə müraciət etdi

img

10-03-2017 [21:20]


”Bu gün Rusiya prezidenti Vladimir Putinlə Suriya münaqişəsi və terrorla mübarizə ilə bağlı dəyərləndirmələrimizi bölüşdük. Axan qanın durması, Suriyada sabitliyin bərpası üçün hər birimizin üzərinə böyük vəzifələr düşür”.

Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən VI iclasında deyib.

O bildirib ki, terrorla mübarizədə birgə hərəkət etmək böyük əhəmiyyət daşıyır: 

"Müvafiq qurumlarımız bu barədə təkliflərini verəcəklər. Suriyada İŞİD-ə qarşı nümayiş etdirdiyimiz mövqeni digər terror təşkilatlarına qarşı da nümayiş etdirməliyik. Bu baxımdan PKK-nın Suriya qolu olan PYD-nin Moskvadakı  fəaliyyətlərinə son verilməsini xüsusi qeyd edirik”.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA