Avropada yeni dövlət yaranır: "Şotlandiyada müstəqilliklə bağlı referenduma gedir"

img

09-03-2017 [14:11]


"Şotlandiyada müstəqilliklə bağlı referendum 2018-ci ildə keçirilə bilər".

Bunu BBC-yə açıqlamasında Şotlandiyanın Baş naziri Nikola Stercen söyləyib.

O, bu addımı Böyük Britaniyadakı vəziyyətin necə inkişaf edəcəyindən asılı olaraq atacaqlarını bildirib.

Qeyd edək ki, Şotlandiya əhalisi Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə çıxış edir.

Şotlandlar 2014-cü ildə müstəqilliklə bağlı referendum keçiriblər. O zaman ölkə əhalisinin 55%-i müstəqilliyin əleyhinə səs veriblər. Britaniya Baş naziri Tereza Mey isə bir müddət əvvəl açıqlamasında Şotlandiyanın heç vaxt müstəqil olmayacağını bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA