"Aciz adamdır, bu 8 ildə Rusiya onun üstündən "keçdi"..." - Tramp Obamanı yenə "vurdu"

img

07-03-2017 [19:34]


ABŞ prezidenti Donald Tramp növbəti dəfə sələfi Barak Obamanı Rusiyaya qarşı zəiflik göstərməkdə ittiham edib.

Tramp özünün "Twitter” səhifəsində belə yazıb:

"Rusiya səkkiz il ərzində prezident Obamanın "üstündən keçib”, gücləndikcə güclənib, Krımı ələ keçirib və raketlərinin sayını artırıb. Aciz!”.

Qeyd edək ki, D. Tramp daha öncə də B. Obamanı Rusiyaya qarşı yumşaq münasibətdə günahlandırıb.

"Rusiya Obama administrasiyasının dövründə Krımı özünə birləşdirib. Obama Rusiyaya qarşı çox yumşaq olmayıbmı?” – deyə, o, fevralın ortalarında yazdığı "tvit”də vurğulayıb.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA