Moskvada təhlükəli vəziyyət - "Quş qripi” virusu aşkarlandı

img

07-03-2017 [18:51]


Rusiyanın Moskva vilayətində "quş qripi” virusu aşkarlanıb.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, infeksiyanın ocağı Şelkovski və Sergievo-Posadsk quşçuluq fabriklərində aşkar edilib.

Xəbəri İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət Federal Xidməti də təsdiqləyib. Qripin əsasən vəhşi qaz və ördəklərdən keçdiyi müəyyən olunsa da, infeksiyaya bütün növ ev quşları yoluxub. İnfeksiyanın insan qripi ilə rekombinasiya olunacağı halda, qripin insandan insana keçməsi riski yarana bilər.
Hazırda infeksiya ocağında profilaktik işlər aparılır. Ərazidə işləyən insanlar nəzarətdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA