Rəsmi Berlin türk nazirin görüşünü ikinci dəfə əngəllədi - Diplomatik kriz qızışır

img

07-03-2017 [14:24]


Almaniya rəsmi Ankaranı və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu məyus edəcək daha bir qərar verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlunun dünən Hambruqda türk seçiciləri ilə görüşünü ləğv edən rəsmi Berlin bu gün digər məkana təyin edilən görüşü də qadağan edib.

Bu barədə "Habertürk TV"yə danışan AKP liderinin müavini Mehdi Eker faktı təsdiq edib: "Bəli, Mövlüd Çavuşoğlunun Almaniyada başqa bir məkana təyin edilən görüşü də ləğv edildi".

Xatırladaq ki, bundan əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, sabiq enerji və təbii qaynaqlar naziri Taner Yıldızın da Almaniyadakı toplantılarına qadağa tətbiq olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA