Merkel Ərdoğanın ittihamlarına cavab verdi: "Daha sakit, məntiqli davranmaq lazımdır"

img

07-03-2017 [00:15]


Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Ərdoğanın "Ey Almaniya, sizin demokratiya ilə bir əlaqəniz yoxdur. Sizin hazırkı yanaşmalarınız keçmişdəki faşist düşüncəsindən fərqli deyil. Siz bizə demokratiya dərsi verəcəksiz, ancaq mənim nazirlərimə Almaniyada danışmağa imkan verməyəcəksiz. Sizi bütün beynəlxalq aləmdə rəzil-rüsvay edəcəyik. Biz o faşist dünyasını görmək istəmirik. Elə bilirdik, Almanyanın bunları buraxması keçmişdə qalıb, ancaq yanılmışıq", – sözlərindən ibarət təhdidlərinə cavab verib.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, Merkel Ərdoğanın Almaniyanı keçmişiylə müqayisə etməsini  qəbul etmədiklərini, bu cür yanaşmanın o dövrün günahkarlarının önəmsizləşdirəcəyini bildirib: 

"Ərdoğanın bu bənzətməli, müqayisəli açıqlamasını rədd edirik. İki ölkə münasibətləri soyuqqanlı davam etməlidir".

Merkel iki ölkənin daha sakit, məntiqli davranmasının gərəkli olduğunu da sözlərinə əlavə edərək, deyib ki, Türkiyə lazımsız ittihamlardan qaçmalıdır: "Türkiyənin belə əsassız ittihamlardan qaçması lazımdı".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA