"Artıq əvvəlki Türkiyə yoxdur, hər şeyi ortaya açıb-tökəcəyik" - Ərdoğandan Almaniyaya sərt xəbərdarlıq

img

03-03-2017 [23:51]


"Almaniya terrora dəstək verdiyinə görə ittiham edilməlidir".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yaşılçay mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

"Hazırda yüzlərlə terrorçu Almaniyada sərbəst şəkildə yaşayır. Mənim Ədliyyə nazirim Almaniyada toplantı keçirib, bunları vətəndaşlara izah edəcəkdi. "Ora uyğun yer deyil” dedilər. Mən videobağlantı ilə mitinqiə qoşulub çıxış edəkdim. Lakin dünyada görünməyən hal kimi Konstitusiya Məhkəməsi 2 saat ərzində qərar qəbul edir və çıxışımın qarşısını alır. Lakin Cəmil Bayık Kandildən danışa bilir. Almaniya terrora dəstək verdiyinə görə ittiham edilməlidir. Sizin etdiklərini ortaya açıb-tökəcəyik. Artıq əvvəlki Türkiyə yoxdur. Ayaqlarının üzərində dayanan Türkiyə var”, - Ərdoğan bildirib.

Qeyd edək ki, dünən türk nazirlər - Nihad Zeybekçi və Bəkir Bozdağın Almaniyanın müxtəlif şəhərlərində baş tutacaq toplantılarına icazə verilməyib.

Axar.AZ

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA