Rusiyanın bəyanatına Türkiyə sərt reaksiya verdi – Menbiçlə bağlı fikir ayrılığı

img

03-03-2017 [22:13]


Rusiya Baş Qərargahının Hərbi əməliyyatlar üzrə komitə sədri Sergey Rudskoy PYD-nin nəzarətindəki Menbiçin Suriya ordusuna təslim ediləcəyini söyləyib.

Mia.az "Sputnik Türkiyə"yə istinadən xəbər verir ki, Rudskoy təşkil etdiyi mətbuat konfransında PYD-nin ərazidən çəkilməyi qəbul etdiyini və Menbiçi Bəşər Əsəd rejiminə bağlı orduya təslimə razı olduğunu deyib.

Mövzu ilə bağlı açıqlama verən Türkiyənin Müdafiə naziri Fikri İşıq PYD, Əsəd rejimi və İŞİD-in birgə hərəkət etdiyini söyləyib:

"Öncə İŞİD bəzi yerləri rejimə verdi. İndi də gördüyümüz kimi, PYD, YPG, bəzi yerləri rejimə tərk edir. Bu, əslində İŞİD, PYD və Bəşər Əsədin birlikdə hərəkət etdiyini göstərir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA