Üzərində partladıcı qurğu olan Rusiya vətəndaşı saxlanıldı - Hava limanında

img

02-03-2017 [20:58]


Üzərində partladıcı qurğu olan Rusiya vətəndaşı Misirin İsgəndəriyyə şəhərinin hava limanında saxlanılıb.

 APA-nın "Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, əldəqayırma partlayıcı qurğu rusiyalının çamadanında rentgen qurğusu vasitəsi ilə aşkarlanıb.  "Al-Masry Al-Youm” nəşrinin məlumatına görə, hadisə yerinə istehkamçılar cəlb edilib.     
 
Məlumata görə, sərnişin partlayıcı qurğunu İstanbula uçan "Turkish Airlines” şirkətinə məxsus təyyarənin göyərtəsinə keçirmək istəyirmiş.
 
"RİA Novosti” "Əl Bəyan” nəşrinə istinadən rusiyalının üzərində partlayıcı qurğunun maketinin  aşkarlandığını bildirir.
 
Rusiyanın  İsgəndəriyyədəki baş konsulu Rəşid Sadiqov saxlanılan sərnişinin üzərində heç bir təhlükəli əşyanın tapılmadığını bildirib. Onun sözlərinə görə, Misir tərəfi saxlanılan şəxsə qarşı hələlik heç bir ittiham irəli sürməyib, insidentin təfərrüatları müəyyənləşdirilir.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA