25-02-2017 [19:14]
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhədəki vəziyyətlə bağlı bəyanat yayıb.
XİN-dən Mia.az-a daxil olan bəyanatı təqdim edirik:
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə mövqelərimizə soxulmağa, Xocavənd - Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərib.
Cəbhədə vəziyyətin gərginləşdirilməsi və hərbi təxribatların törədilməsi Ermənistanın 20 fevral tarixində Azərbaycanın işğal olunmuş ərazilərində keçirdiyi qanunsuz "referendum" kimi siyasi təxribatlarının davamıdır. Ermənistanın siyasi və hərbi təxribatları vəziyyəti qəsdən gərginləşdirərək münaqişənin substantiv danışıqlar yolu ilə həllinə imkan verməmək, Xocalı soyqrımının 25 illiyi ərəfəsində beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın bu soyqırıma görə daşıdığı məsuliyyətdən yayındırmaq və Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsi Ermənistanın hakim rejiminin itirilmiş sosial bazasını və mövqeyini gücləndirmək məqsədi daşıyır.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu gərginliyin yaranmasının əsas səbəbidir. Keçən ilin aprel ayında baş vermiş hadisələr bir daha sübut etdi. Beynəlxalq ictimaiyyət və ATƏT-in Minsk Qrupunun həmsədrləri dövlət başçıları səviyyəsində mövcud status-kvonun qəbuledilməz və qeyri-davamlı və onun dəyişdirilməli olduğunu dəfələrlə bəyan ediblər.
Vəziyyətin gərginləşməsinin qarşısını almaq, status-kvonu dəyişmək və regionda davamlı sülhü təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə uyğun olaraq Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmalıdır.
Cəbhədə vəziyyətin gərginləşməsinin səbəbkarı Ermənistandır və buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində
Zəlimxan Məmmədli Gürcüstana getdi: "Bu günə şükür..." - FOTOLAR
“Azərikard”ın baş direktor müavini şirkətdən ayrılıb