Amerika əcnəbilərə qadağaları artıq tətbiq etməyə başladı - Girişə icazə verilmir

img

31-01-2017 [23:59]


ABŞ prezidenti Donald Tramp miqrasiyaya dair fərman imzaladıqdan sonra 721 əcnəbinin ABŞ-a girişinə qadağa qoyulub. 

Bu barədə  ABŞ gömrük-sərhəd xidmətinin rəisi Kevin Makalinen bildirib.   

"Fərmanın qüvvəyə mindiyi ilk 72 saat ərzində ölkəmizə 1 mln. nəfər gəlib. Onlardan 500 min nəfəri əcnəbidir. Biz vizası olan, lakin fərmanın əhatə etdiyi ölkələrdən olan 721 sərnişinin ölkəmizə gəlişinə qadağa qoyduq”, – deyə Makalinen bildirib.   

Onun sözlərinə görə, ölkəyə buraxılmasına icazə verilməsi üçün həmin ölkələrdən olan daha 1060 şəxsin işi hazırda araşdırılmaqdadır. Həmin şəxslər ABŞ-da yaşayış hüququ verən  "Qrin kart”a sahibdirlər. Digər kateqoriyalardan olan daha 75 şəxsə icazə verilib.    

Makalinenin sözlərinə görə, bu həftə ərzində statusu təsdiqlənmiş 872 qaçqının ölkəyə gəlişi gözlənilir.  Onların şəxsi işləri araşdırıldıqdan sonra ölkəyə buraxılacaqlar.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA