ABŞ Estoniyaya ağır texnika göndərdi - Müdafiə Nazirliyindən açıqlama

img

06-02-2017 [18:32]


ABŞ ordusuna məxsus ağır texnika Estoniyaya gətirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı Estoniya Müdafiə Nazirliyinin Baş Qərargahı yayıb. 

Yeni gələn ağır texnika ABŞ ordusunun 68-ci alayının 1-ci bölüyünə məxsusdur. Rəsmi Tallin bölüyün şəxsi heyətinin ölkəyə keçən həftə gəldiyini bildirib. Bu qüvvələrin yaza qədər Estoniyada qalması nəzərdə tutulub.

Qeyd edək ki, yazda Estoniyaya NATO-nun beynəlxalq batalyonu yerləşdiriləcək. Tərkibi 1200 nəfərdən ibarət olacaq. Batalyonun 800 nəfərini Böyük Britaniya, qalanlarını isə Fransa və Danimarka hərbçiləri təşkil edəcək.

Dünən Amerika həmçinin Latviyaya da 220 hərbçi göndərib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA