20-01-2017 [15:24]
Belarus Baş prokurorunun müavini Aleksey Stuk Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarılan və ötən ay Minskdə saxlanılan rusiyalı bloqqer Aleksandr Lapşinin Bakıya ekstradisiyası haqda qərar imzalayıb.
Baş prokurorun müavininin imzaladığı qərarda deyilir:
"Belarus DİN-in cəzaların icrası Departamentinə tapşırılsın ki, Lapşin Aleksandr Valeryeviçin ekstradisiyasına dair qərar qüvvəyə mindikdən sonra onun Azərbaycanın müvafiq orqanlarına təhsil verilməsini təmin etsin. Qəbul edilmiş qərar barədə Azərbaycanın Baş prokurorluğu məlumatlandırılsın. Bu qərarın bir nüsxəsi Lapşin Aleksandr Valeryeviçin özünə təqdim olunsun, ona qərardan 10 gün müddətində məhkəməyə şikayət vermək hüququnun olduğu izah edilsin”.
Xatırladaq ki, Lapşin Azərbaycan dövlətinə qarşı çağırışlarda, işğal altındakı ərazilərə qanunsuz səfər edərək sərhəd rejimini pozmaqda ittiham olunur. İsrail vətəndaşlığı daşıyan qalmaqallı bloqqerin Minskdə saxlanılması böyük siyasi hay-küyə səbəb olub. Ermənistan bütün imkanları ilə bloqqerin müdafiəsinə çalışır və onun Azərbaycana verilməməsi üçün mübarizə aparır.
Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov da Lapşinin Azərbaycana ekstradisiyasının əleyhinə çıxıb. ABŞ Dövlət Departamenti onun saxlanılmasını "söz azadlığının pozulması” kimi şərh edib. İsrail isə bloqqerin məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparır.
Məlum olub ki, İsrail XİN bloqqerin Azərbaycandan açıq şəkildə üzr istəməsinin əvəzində onun təqib olunmasının dayandırılmasını xahiş edib. Lakin rəsmi Bakı Lapşinin ekstradisiyasında israrlıdır. Çünki ilk dəfədir ki, Azərbaycanın işğal altındakı ərazilərinə Ermənistan üzərindən səfər edib erməni separatçılarını təbliğ edən xarici vətəndaşın saxlanılması baş verir.
Virtualaz.org
İsrail 500 fələstinlinin cəsədini təhvil verməkdən imtina edib - Onlar niyə "Rəqəmlər məzarlığı"nda saxlanılır?
Avroliqa: "Bayer" məğlubedilməzdir!
Azərbaycan nefti ucuzlaşır
Konfrans Liqası: "Olimpiakos" səfərdə ingilis komandasına dərs verdi
Fatih Ərbakan Baxçalıya belə cavab verdi: "Dədəmiz yaşındadır..."
Türkiyədən sensasiyalı qərar: İsraillə ticarət tamamilə dayandırılıb
Toy karvanında avtoxuliqanlıq edənlər saxlanılıb - FOTO
BDU: "Hazırda geomaqnit qasırğanın səviyyəsi yüksəkdir"
Lucas Hernandez AVRO-2024-də oynaya bilməyəcək
"Qalatasaray"ın canlı əfsanəsi peşman olub: "Kasilyas dedi ki, həyatımı məhv etdin..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakcell çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi - FOTOLAR
Gürcüstan parlamentinin qarşısında polislə etirazçılar arasında toqquşma olub - Saxlanılanlar var
Sabiq nazirin məhkəməsində şok ifadə: "Pullar dollara çevrilir və Komitə sədrinə verilirdi..."
Nazir Vüqar Hüseynovu da yola salacaq? - KTN-nin mətbuat xidmətində yeni təyinat oldu
Ərdoğanla CHP lideri bir araya gəldi - FOTOLAR (Yenilənib)
İki bankın əmlakları satışa çıxarıldı - Bu qiymətlərə
Kafedra müdiri nazirliyə icarəyə obyekt verib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
"Beşiktaş" Devin Özekə rəsmi təklif göndərdi - "İki gün vaxt verin!"
Sergen Yalçın, yoxsa Barış Alper Yılmaz? - Aktrisa heç bir ilə sevgili olmadığını deyir
Ağcabədidə qətl: 32 yaşı şəxs qardaşı arvadını öldürdü
ONLARA BİRDƏFƏLİK MADDİ YARDIM VERİLƏCƏK - Sərəncam
SABİQ NAZİR REKTOR TƏYİN OLUNDU - Sərəncam
İlham Əliyev Rusiya rəsmilərini qəbul edib - FOTO (YENİLƏNİB)
"O biri dünyada bizi cənnət gözləyir" - Abdi Şərifov + VİDEO
Dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib
“Azərsun Holdinq”ə 25 min manatadək cərimə protokolu yazılıb
Partiya sədri: "Polislə dava etmək mənə və ya partiyama yaraşmaz"
Ərdoğan sosial mediada şou verən deputatlara "təpindi": "Gərək hər şeyi mən deyəm?!" - FOTOLAR
Dövlət Neft Fondu 623,4 milyon dollar satıb - Aprel ayı ərzində