İstanbulda 39 nəfəri qətl edən terrorçu yaxalandı - Video + Yenilənib

img

17-01-2017 [10:08]

Dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda "Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov, nəhayət, tutulub.

Terrorçu İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində 4 yaşlı oğlu ilə birlikdə yaxalanıb.

Qeyd edək ki, Ə. Maşaripov hücumdan sonra oğlunu da götürərək qaçıb.

Xatırladaq ki, "Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.

***

"Posta” xəbər verir ki, İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

***

"Milliyet”in məlumatına görə, terrorçunun qaldığı ev qırğız əsilli dostuna məxsus olub və o, ora 3 gün öncə gedib.

İstanbulu yeni il gecəsi qana bulayan tutuldu -  Video + Yenilənib

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA