Türkiyədə daha bir terror - 4 polis şəhid oldu, 2-si ağır yaralandı

img

17-01-2017 [00:49]


Türkiyənin Diyarbəkir vilayətinin Sur qəsəbəsində polis avtobusu keçərkən terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində şəhid olanların sayı 4-ə çatıb

Hadisə Dəclə Universitetinin yaxınlığında baş verib. Polis avtobusu keçərkən partlayış baş verib.

Terror aktı nəticəsində 4 polis əməkdaşı şəhid olub, 2 polis isə yaralanıb.

Diyarbəkir valiliyi terror aktı ilə bağlı açıqlama yayıb. Açıqlamada bildirilir ki, mənfur terror hücumu ilə bağlı araşdırma aparılır. Valilik terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.

APA


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA