İzmir valisindən terror açıqlaması: "Bu hadisəni PKK törədib"

img

05-01-2017 [19:36]


İzmir valisi Erol Ayyıldız terror hadisəsi ilə bağlı açıqlama verib.

Mia.az xəbər verir ki, vali hadisənin polis əməkdaşlarının sayıqlığı nəticəsində daha böyük təlafatlara yol açmadığını deyib.

O bildirib ki, olay bomba yüklü maşını yoxlamaq amacı ilə saxlatdırılarkən baş verib:

"Təəssüf ki, hadisə nəticəsində bir polisimiz, bir də ədliyyə əməkdaşı şəhid olub. 5 yaralımız var. Allahdan onlara şəfa diləyirik.

Terroristlərə gəldikdə isə, onlar ölü ələ keçirilib. Biri də axtarılır. Onlardan "kalaşnikov" avtomatları, 8 əl bombası və digər silah-sursatlar aşkarlandı".

Vali bildirib ki, hadisə yerində olan digər bir maşında da bomba aşkarlanıb: "Həmin bomba yüklü maşın da kontrollu şəkildə zərərsizləşdirildi".

Vali onu da deyib ki, ilkin ehtimala görə, hadisəni PKK törədib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA