İstanbuldakı gecə klubunda qətliam törədən Yunanıstanda gizlənib - İDDİA

img

05-01-2017 [11:44]


İstanbuldakı "Reina” gecə klubunda terror aktını törədən şəxsin Yunanıstan adalarında gizləndiyi iddia edilib.

Terrorçunun tutulması üçün geniş miqyaslı araşdırmalar davam edir. Artıq Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatı da (MİT) axtarışlara qoşulub.

Məlumatda qeyd olunub ki, terror aktını törətdikdən sonra "Reina” əyləncə mərkəzini tərk edən şübhəli dəfələrlə taksi dəyişdirərək İstanbulun Zeytunburnu rayonuna gedib.

Daha sonra isə terrorçu daha 2 nəfərlə yanvarın birində səhər Bandırmaya gedən bərəyə miniblər. Terrorçuların Balıkəsirdən Yunanıstan adalarına qaçırıldığı bildirilir. Terrorçunun bəzi xüsusi xidmət orqanlarının yardımı ilə qaçdığı güman edilir(modern.az).

Qeyd edək ki, İstanbuldakı "Reina” gecə klubunda terror aktı zamanı 39 nəfər ölüb, 69 nəfər yaralanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA