Türkiyə YPG-yə alternativ ordu yaradır - Məqsəd nədir?

img

04-01-2017 [16:13]


Türkiyə yaxın vaxtlarda Azad Suriya Ordusundan (ASO) ibarət 10 minlik ordu yaradacaq.

Axar.az "Yeni Şəfəq”ə istinadən xəbər verir ki, yeni ordu birləşmələrindən Menbic və Rakkanın azad edilməsində istifadə ediləcək:

"Türkiyə və Rusiyanın əldə etdiyi atəşkəs İŞİD-i əhatə etmir. Bu o deməkdir ki, İŞİD-ə qarşı əməliyyatlar davam edəcək. Bəs, İŞİD-in nəzarətindəki əraziləri kim azad edəcək?

Obama administrasiyası İŞİD-ə qarşı savaşmaq üçün YPG-dən bir ordu düzəltdi. İndi Türkiyə ASO-nu gücləndirərək YPG-yə alternativ ola biləcək başqa bir ordu yaratmağa hazırlaşır.Hazırda 4500 hərbçidən ibarət ASO sıralarının yaxın vaxtlarda 10 minə çatacağı gözlənilir.

Bundan sonra rəsmi Ankara Tramp administrasiyasına çox vacib bir təklif edəcək. Türkiyə İŞİD-lə mübarizədə ABŞ-ın YPG-dən yox, ASO-dan istifadə etməsini istəyəcək. Traqmp bu təklifi qəbul edərsə, bir daşla iki quş vurmuş olacaq. Birincisi, itirməkdə olduğu müttəfiqini – Türkiyəni geri qaytarmış olacaq. İkincisi, gələcəkdə Suriya miqyasında istifadə edə biləcək güclü müxalifəti öz tərəfinə çəkməklə İŞİD-ə qarşı da əhatəli mübarizə apara biləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA