ABŞ-dan Türkiyəyə gizli Suriya təklifi – Detallar

img

04-01-2017 [15:00]


ABŞ Müdafiə Nazirliyinin bir rəsmisi Türkiyəyə Suriya ilə bağlı bəzi təkliflər verdiklərini açıqlayıb.

Axar.az xəbər verir ki, rəsmi Vaşinqton Ankaraya Əl Bab əməliyyatlarında ciddi dəstək verməyi təklif edib. Qarşılığında isə PYD/PKK silahlılarına təzyiqin dayandırılmasını istəyib.

Adının açıqlanmasını istəməyən Pentaqon nümayəndəsi "Anadolu” agentliyinə açıqlamasında müzakirələrin hələ də davam etdiyini bildirib:

"Əl Bab əməliyyatları çərçivəsində Türkiyəyə pilotsuz uçan aparat (PUA), havadan dəstək və İŞİD-ə qarşı döyüşən Suriya müxalifətinə müəyyən yardım edilməsini təklif etdik. Bunun qarşılığında isə PYD/PKK ünsürlərinə müdaxilənin dayandırılması ilk şərtimiz oldu. Daha sonra Əl Bab-dan sonra əməliyyatların Menbici əhatə etməməsini istədik. Biz hərbi əməliyyatların yalnız bir nöqtədən – beynəlxalq koalisiya tərəfindən idarə olunmasının tərəfdarıyıq.

Türkiyə rəsmiləri bu təklifi uzun müddət rədd etsə də, müzakirələr hələ də davam edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA