Rusiya BMT-yə daha bir qətnamə göndərdi – Suriya ilə bağlı

img

30-12-2016 [22:01]


Rəsmi Moskva BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəsə dair qətnamə göndərib.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

"Güman edirik ki, qətnamə üzrə səsvermə dekabrın 31-də baş tutacaq”, – deyə V.Çurkin bildirib.

Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında Suriya üzrə qapalı görüşün keçirilməsini təklif etmişdi.

Qeyd edək ki, ötən gün  Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA