Türkiyədən böyük müharibə xəbərdarlığı: “Əgər Bərzani bacarmasa, ordumuz İraqa da girəcək”

img

26-12-2016 [15:18]


"Əgər Bərzani Şenqalda uğur qazanmasa, Türkiyə ordusu lazım olanı gerçəkləşdirəcək".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə Baş nazirinin müavini Veysi Qaynaq söyləyib.

O, Türkiyənin təhlükəsizliyinin Suriya və İraqdan başladığını bildirib:

"Biz sərhədlərimizi gücləndirməliyik. Avropa da unutmamalıdır ki, onların da təhlükəsizliyi Türkiyədən başlayır. BMT nizamnaməsinə əsasən, bizə qarşı olacaq istənilən terror, ölkə təhlükəsizliyinə təhdid yaradan istənilən vasitəni məhv etmək imkanına sahibik. Məhz bu nizamnaməyə istinadlanıb "Fərat qalxanı” əməliyyatını və Qəndil dağına hava əməliyyatlarını reallaşdırırıq. Şenqalda yeni bir Qəndilin formalaşmasına izn verməyəcəyik. Bərzaninin burada uğur qazanması ən böyük arzumuzdur, amma əgər o, burada uğur qazanmasa, Türkiyə ordusu lazım olanı gerçəkləşdirəcək”.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA