“Çox pisdir, amma biz hər halda buna nail olacağıq” - Trampdan İsrailə qarşı qətnaməyə şərh

img

25-12-2016 [13:38]


ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının İsrailə dair qətnaməsini şərh edib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Trampın fikrincə, BMT Təhlükəsizlik Şurasının İsraildən işğal olunmuş ərazilərdə məskunlaşdırma fəaliyyətini dərhal dayandırmağı tələb edən qətnaməsi yəhudi dövləti ilə Fələstin arasında sülh danışıqları prosesini mürəkkəbləşdirəcək.

"İsrailin BMT-də dünənki böyük məğlubiyyəti sülh barədə danışıqları xeyli mürəkkəbləşdirəcək” – Tramp şənbə günü Twitter səhifəsində belə yazıb.

 "Çox pisdir, amma biz hər halda buna nail olacağıq”, – deyə, o, əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA