Türkiyədə daha bir səs-küylü qətl - AKP funksioneri maşınında güllələndi

img

24-12-2016 [17:46]


Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvü qətlə yetirilib. 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, qətlə yetirilən şəxs AKP-nin yerli təşkilatlarından birinin sədr müavini Yılmaz Bulutdur.
 
Bildirilir ki, insedent Y. Bulutun qohumu ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər arasında yaranan mübahisədən sonra baş verib.

 Hadisə yerinə gələn Y. Bulut tərəfləri sakitləşdirmək istəyib. Lakin bir qədər sonra Y. Bulutla onun qohumunun olduğu avtomobil güllələnib. Nəticədə 35 yaşlı Y. Bulut hadisə yerindəcə dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA