Türkiyə, İran və Rusiya nədə razılaşıb? - "əl-Cəridə"dən iddia

img

19-12-2016 [16:28]


Küveytin "əl-Cəridə" qəzeti İran, Türkiyə və Rusiya üçlüyü arasında Suriya ilə əlaqədar gələcək danışıqların yeni təfərrüatlarını açıqlayıb.

Hələb zəfərinin ardınca rəsmi Ankara, Tehran və Moskva Qazaxıstanın paytaxtı Astanada suriyalı tərəflər ilə bir araya gələcək.

"Əl-Cəridə" qəzetinin yazdığına görə, danışıqlarda əvvəlcə Suriyada ümumi atəşkəsin elan edilməsi müzakirə olunacaq.

İlkin razılaşmaya əsasən, Türkiyə, İran və Rusiyanın nəzarətində atəşkəsi pozan hər bir qrupa qarşı tədbirlər görülməsi nəzərdə tutulur. Bəşər Əsəd və müxaliflərin iştirakı ilə keçid hökumətinin qurulması da bu plana daxildir.

Türkiyənin əsas şərti Suriyada olan xarici terror qruplarının silahlarını Suriya ordusuna təslim edərək ölkədən çıxmaları, lazımlı təhlükəsizliyin təmin etməsidir. Suriya Türkiyə sərhədlərindəki PKK / PYD təşkilatlarının təhdidlərini yox etməlidir.

İran mənbələrinə istinad edən "əl-Cəridə" qəzeti qeyd edir ki, rəsmi Ankaranın ​Bəşər Əsədin Suriyadakı gələcək seçkilərə qatılmaması, özünə və ailəsinə təhlükəsizliyinin təmin edilməsi şərti Rusiya tərəfindən qəbul edilməyib.

Strateq.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA