"Bu, ən böyük qiyamət olar" - Ərdoğanın məsləhətçisindən Türkiyə-İran qarşıdurması haqda açıqlama

img

16-12-2016 [23:42]


"Mənim şəxsi müşahidəm belədir ki, İŞİD ingilis casusu Lavrankeynin qeyri-qanuni övladıdır və bu təşkilat imperialist qlobal güclərin hesabına işləyir".

Bunu Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu söyləyib.

"Bunların məqsədi məzhəb savaşına səbəb olmaqdır. İraq, Suriya və Yəməndə bunu bacardılar. İndi də Türkiyə ilə İranda məzhəb savaşına səbəb olmaq istəyirlər. İŞİD, Hələbdə olanlar bir tələdir. Xüsusilə, Türkiyədə məzhəb qarşıdurmasını qızışdırırlar.

Hələb üzərindən ortaya çıxan insanlıq dramı şüurlu, ya da şüursuz şəkildə məzhəb düşmənçiliyi yaratmaq və təxribat törətmək xarakteri daşıyır. Peşəkarlıq ağılla olur, travmatik hisslərlə deyil.

İran-Türkiyə arasında baş verə biləcək qarşıdurma bütün məkanının ən böyük qiyaməti olar. Qalib gələn olmaz. Mübarizəni dövlətimiz və təhlükəsizlik qüvvələri aparır, biz də onlara dəstək veririk. Soyuqqanlı olacağıq və heç bir şeyə baxmayaraq, əhval-ruhiyyəmizi yüksək tutacağıq", – deyə, Topçu qeyd edib.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA