“Suriyada münaqişəni güc yolu ilə dayandırmaq mümkün deyil" - Hələbdən 8 min əhali Türkiyəyə sığındı

img

16-12-2016 [12:30]


Suriyanın Hələb şəhərindən təxliyyə edilən qaçqınların sayı 8 minə çatıb.

Onları daşıyan 6-cı avtomobil karvanı Türkiyə ərazisinə çatıb. 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Twitter” səhifəsində yazıb ki, indiyədək Hələbin şərqindən 7 min mülki sakinin təxliyyə ediblər: "Bu istiqamətdə fəaliyyətimiz davam edir”.

Avropa İttifaqı Şurasının sədri Donald Tusk Suriya böhranında təmsil etdiyi qurumun təsirsiz qaldığını etiraf edib:

"Suriyada münaqişəni güc yolu ilə dayandırmaq mümkün deyil. Avropa İttifaqının bu cür vasitələrdən nə istifadə edəcək, nə də belə bir planı var. Ancaq xahiş edirəm Avropa İttifaqının ittiham etməyin. Yetərincə təsirli olmadığımızı, kimin daha çox təsir etdiyini də bilirəm. Ancaq bu humanitar yardımda deyil, bombalamada özünü göstərir”.

ABŞ-ın dövlət katibi Con Kerri isə Hələblə bağlı bunları deyib: ”Hələbdə görmək istədiyimiz son şey o kiçik bölgənin Srebnitsaya dönməməsidir”.

Dövlət katibi Bəşşar Əsəd rejiminə aid silahlıların mülki sakinləri hədəf aldığının da vurğulayıb.

Qeyd edək ki, Rusiyanın havadan bombalaması nəticəsində Hələb Bəşşar Əsəd rejiminin nəzarəti altına keçib. Həmin əməliyyatlar zamanı çoxlu sayda mülki sakin öldürülüb. 

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA