Hələblə bağlı razılaşma pozuldu, Əsəd müxalifləri, Türkiyə İran dəstəkçilərini suçlayır

img

14-12-2016 [20:21]


Suriyada Türkiyənin vasitəçiliyi, Rusiya və Əsəd rejiminin razılığı ilə iki gün əvvəl Hələblə bağlı razılaşdırılmış atəşkəs müqaviləsi pozulub.

Mia.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Əsəd ordusu bütün hərbi arsenalını işə salaraq Hələbi fasiləsiz atəşə tutur: "Əsəd ordusu razılaşmanı pozaraq, havadan və qurudan şəhərin müxaliflər və sivillər yerləşmiş ərazisini dayanmadan bombalayır. Şəhərdə xeyli ölən və yaralanlaların olduğu bildirirlir".

Əsəd isə Rusiya mətbuatına müsahibəsində deyib ki, onun ordusu ancaq terrorçuları vurur: "Sivilləri biz yox, terrorçular öldürürlər. Qərb isə əsassız olaraq bizi ittiham edir".

Dünya mediası isə vəziyyətin Əsədin dediyi kimi olmadığını iddia edib. Bildirilir ki, Əsəd ordusu müxalif döyüşçü və mülkü əhalinin şəhərdən çıxarılmasına imkan verməyiblər.

Xatırladaq ki, iki gün əvvəlki razılaşmaya görə, Hələbdəki müxalif döyüşçülər və mülkü əhali İdlib şəhərinə çəkiləcəkdir. 

Ancaq bu gün səhər Mövlud Çavuşoğlunun açıqlamasına görə, İran dəstəkli şiə qüvvələri ilə Əsəd ordusu atəşkəsin pozulmasında əsas rol oynayaraq, razılaşmanı pozublar.

Az əvvəl Türkiyəli nazir bununla bağlı Rusiyalı həmkarı Lavrovla durumu müzakirə etsələr də, atəşkəsi dayandırmaq mümkün olmayıb.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA