"Sən də dağa çıx, parlamentdə nə işin var?!” - Türk nazirdən avropalı deputatlara mesaj

img

13-12-2016 [20:17]


"Sizin ideologiyanız dağılsın. Əgər eyni ideologiyanı təbliğ edirsənsə, onda sən də dağa çıx. Sənin parlamentdə nə işin var?!”.

"Report” Habertürk-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çexiyalı həmkarı Lubomir Zaoraleklə İstanbulda keçirdiyi mətbuat konfransında terrorçu PKK qruplaşmasını müdafiə edən avropalı parlament üzvlərini nəzərdə tutaraq bildirib.

"Avropa İttifaqında PKK-ya güzəşt edirlər. Bu, terrorçu qruplaşma Avropada rahatlıqla aksiyalar keçirir. Belə qanlı terror qruplaşmasına dəstək verilməməlidir. Avropada PKK-ya dəstək verən parlament üzvləri var. Sizin ideologiyanız dağılsın. Əgər eyni ideologiyanı təbliğ edirsənsə, onda sən də dağa çıx. Sənin parlamentdə nə işin var?!” – M.Çavuşoğlu vurğulayıb.

Türkiyənin XİN başçısı Avropa İttifaqı ilə ölkəsi arasındakı vəziyyətə də münasibət bildirib:

"Biz Avropa İttifaqından Türkiyə ilə ədalətli davranmasını istəyirik. Avropa İttifaqı bizi bərabər səviyyədə görmürsə, onlar ilə əlaqələrimizin davam etməsinin mənası yoxdur. Halbuki bərabarhüququlu tərəflər kimi davrandığımız zaman bütün məsələləri həll edə bilərik. Avropa İttifaqı Türkiyəyə dərs vermək əvəzinə, qarşılaşdığımız problemlərin həlli yollarını birlikdə tapa bilərik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA