“Rejimləri devirmək cəhdini dayandırmalıyıq, belə dövlətlərlə nə işimiz var?" - Tramp

img

07-12-2016 [11:13]


"Biz barəsində heç nə bilmədiyimiz dövlətlərdəki rejimləri devirmək cəhdini dayandırmalıyıq”.

"Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Şimali Korolina ştatının Feyetvill şəhərindəki çıxışında bildirib.

"Bizim belə dövlətlərdə nə işimiz var? Tanımadığımız dövlətlərdəki rejimləri devirməyin yerinə biz İŞİD-i və başqa terrorçu qruplaşmaları məhv etməliyik. Bu hədəfi bizimlə bölüşən istənilən dövlət bizim tərəfdaşımızdır", - deyə o, vurğulayıb. 

D.Tramp qeyd edib ki, dağıdıcı müdaxilə və xaosa nəhayət son qoyulmalıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA