Putin Ərdoğana niyə təşəkkür etdi? - Binəli Yıldırımla qapalı görüş

img

06-12-2016 [23:32]


Ərdoğan "Türk axını” sazişinin ratifikasiyasını nəzərdə tutan qanunu imzaladığı üçün ona minnətdarıq”. 

Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Türkiyə Baş naziri Binəli Yıldırımla görüşü zamanı deyib.

"Türk axını” Rusiya və Türkiyə arasında həyata keçirilən ən böyük layihədir. Bundan əlavə, biz bir çox layihələrə imza atırıq. Rusiya Baş naziri Dmitri Medvedyevlə görüşlər keçirdiyinizi bilirəm. Bütün sahələrdə rus-türk əməkdaşlığının başlanmasında böyük məmnuniyyət hissi keçirirəm.

Hesab edirəm ki, sizin səfəriniz Türkiyə prezidenti ilə görüşümüz və sammitin yüksək səviyyədə keçirilməsi üçün əsas yaradacaq”, – deyə, Rusiya prezidentii bildirib.

Məlumata görə, bu açıqlamadan sonra Türkiyə Baş naziri Binəli Yıldırımla Rusiya lideri Vladimir Putin arasında qapalı görüş keçirilib.

Axar.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA