Yunanıstan Türkiyənin qaçan 8 hərbçisini geri verməkdən imtina etdi - Qərara etiraz

img

05-12-2016 [19:55]


Yunanıstan məhkəməsi Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra bu ölkəyə qaçmış 3 hərbçinin aqibəti ilə bağlı qərar verib.

Məhkəmə bu hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar qəbul edib. Digər 5 nəfərlə bağlı qərar daha sonra veriləcək.  

Türkiyənin müdafiə naziri Fikri İşık məsələyə münasibət bildirib. O, Yunanıstanı bu məsələdə müttəfiqlik mövqeyindən çıxış etməməkdə qınayıb.

Xatırladaq ki, hərbi çevriliş cəhdindən sonra 8 hərbçi "Sikorsky” helikopteri ilə Yunanıstana qaçıb. (APA)

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA