Ərdoğan Putinə zəng etdi - Nələr müzakirə olundu?

img

25-11-2016 [19:37]


Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, telefon danışığı Türkiyə prezidentinin təşəbbüsü ilə baş tutub.

Telefon danışığı zamanı prezidentlər Suriya məsələsini müzakirə edib, Rusiya və Türkiyə xarici işlər nazirləri, müdafiə nazirlikləri və xüsusi xidmət orqanları arasında beynəlxalq terrorizmlə mübarizə sahəsində aktiv dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ölkə başçıları bundan əlavə siyasi, iqtisadi-ticarət sahəsində əməkdaşlıq daxil olmaqla, ikitərəfli əlaqələrlə bağlı fikir mübadiləsi aparıblar.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA