Xaçmazda əməliyyat: keçmiş məhkum saxlanılıb

img

29-09-2025 [08:51]


Xaçmaz Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən tədbirlərlə rayon ərazisində avtomobildən 1500 ABŞ dolları və 50 manat pul oğurluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Elvin Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a bildirilib ki, həmin şəxsin avtomobilinə baxış keçirilən zaman narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA