"Ya işləmək, ya da istefa vermək...” - Nazirlikdə qapalı toplantı keçirilib?
02-02-2026 [20:56]
Bir müddət öncə tənqid hədəfinə çevrilən Mədəniyyət Nazirliyində sular durulmur. Belə ki, kənar müdaxilənin də şübhə doğurmadığı, klanların savaşına çevrilən prosesi sonlandırmaq üçün nazir Adil Kərimli maraqlı addım atıb.
Mia.az Yenicag.az-a istinadla xəbər verir ki, yeni ilin ilk qapalı toplantısında nazir sərt çıxışı ilə diqqət çəkib və çox açıq mesajlar verib.
Qapalı toplantıda nazir bildirib ki, bundan sonra heç kimə heç bir güzəşt olmayacaq: “Nazirliyin əleyhinə danışmaq, daxili məsələləri kənara çıxarmaq istəyənlər seçim etməlidir: ya işləmək, ya da istefa vermək”. Onun sözlərinə görə, bu məsələdə yumşalma olmayacaq və hər kəs məsuliyyətini bilməlidir.
Nazir xüsusilə vurğulayıb ki, kim nazirlik haqqında açıq tənqidi mövqe sərgiləyərsə, bunun nəticəsinə qatlanacaq. “Danışan cəzasını çəkəcək” mesajı toplantının əsas xəttini təşkil edib. İndiyə qədər olan yumşaq münasibətin sui-istifadəyə yol açdığı və bunun artıq bitdiyi bildirilib.
Çıxışda sənət cameəsinə də xüsusi toxunulub. Aktyor, müğənni və digər sənət adamlarının tanınmış olmasının onlara üstünlük verməyəcəyi açıq şəkildə deyilib. Nazir çıxış yolu kimi sərt intizam və cəza mexanizmini gördüyünü bildirib. Onun fikrincə, sahədə nizam yaratmağın başqa yolu yoxdur və heç bir sənətçiyə güzəşt edilməyəcək.
Yeni ilin ilk toplantısında verilən bu sərt mesaj onu göstərir ki, yaxın dövrdə mədəniyyət sahəsində daha ciddi nəzarət və sərt idarəçilik gözlənilir. Bunun vəziyyəti yaxşılaşdırıb-yaxşılaşdırmayacağı isə zamanla bəlli olacaq.
Ancaq öz tabeliyində olanlara barmaq silkələyən nazirin sırf bir şəxsi vəzifəsindən uzaqlaşdırmaq üçün Mədəniyyət Nazirliyində o şəxsin tutduğu ştatı ləğv etdirməsi Adil Kərimlinin yetərincə güclü olmadığı, ona qarşı olanların yenə də öz bildiklərini edəcəklərini qeyd edirlər. Onların iddiasına görə, nazir gücü çatmadığı üçün hər dəfə ştat ləğv edəcəksə, nazirlikdə ştat qalmayacaq və işsizlər ordusuna çevrilən sənətçilər isə başqa bir problemin xəbərçisi olacaqlar.
Azərbaycan XİN Müstəqillik Günü münasibətilə Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb
Paşinyanla Marta Kos Ermənistan və Aİ arasında əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər
Tramp Yaxın Şərqə qoşun göndərmək barədə danışıb
Şahbaz Şərif və Ərdoğan İranın hücumlarını müzakirə ediblər
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq