Niderland vətəndaşı Ermənistanda həbs edilib

img

02-02-2026 [14:23]


Ermənistana hava yolu ilə 845 qram kokain gətirən Niderland vətəndaşı həbs edilib.

Bu barədə ölkənin Dövlət Gəlirləri Komitəsi (DGK) məlumat yayıb.

"Dövlət Gəlirləri Komitəsinin Qaçaqmalçılıqla mübarizə şöbəsinə bir müddət əvvəl Niderland vətəndaşı R.D.-nin Ermənistana gəldiyi və üzərində narkotik vasitənin ola biləcəyi barədə məlumat daxil olub. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində məlum olub ki, vətəndaş həmin gün Vyana-İrəvan reysi ilə Ermənistana gəlib və İrəvandakı bir oteldə qalıb. O, gömrük nəzarəti zonasına dəvət edilib və rentgen qurğusu vasitəsilə gömrük yoxlamasından keçib. Nəticədə onun qarın boşluğunda şübhəli yad cismlər aşkar edilib", - məlumatda qeyd edilib.

Daha sonra Niderland vətəndaşı tibb mərkəzinə aparılıb və orqanizmindən içərisində kokain olan 50 kapsul çıxarılıb.

Əməliyyat-axtarış tədbirləri çərçivəsində daha iki vətəndaş saxlanılaraq Qaçaqmalçılıqla mübarizə şöbəsinə gətirilib. R.D., A.P. və S.M. adlı vətəndaşlara Ermənistan Cinayət Məcəlləsinin 393 və 399-cu maddələri ilə açılmış cinayət işi çərçivəsində ittiham irəli sürülüb. Onların yaşayış yeri üzrə axtarışlar aparılıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA