Ermənistan Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib

img

02-02-2026 [15:37]


Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəisi general Anil Çauxan və Ermənistan müdafiə naziri Suren Papikyan İrəvanda ikitərəfli əlaqələrin inkişafını müzakirə ediblər.

Bu barədə Ermənistan KİV-i məlumat yayıb.

S.Papikyan müdafiə sahəsində Ermənistan-Hindistan əməkdaşlığının hazırkı səviyyəsini yüksək qiymətləndirib və Ermənistanın Hindistanla hərbi-texniki əməkdaşlığı davam etdirməyə hazır olduğunu bildirib.

General Çauxan Hindistan Silahlı Qüvvələrinin mövcud sahələrdə əməkdaşlığı inkişaf etdirməyə və qarşılıqlı maraq doğuran yeni istiqamətlərə təşəbbüs göstərməyə hazır olduğunu ifadə edib.

Görüş zamanı həmçinin regional və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə edilib.

Məlumata görə, son illərdə İrəvan və Nyu Delhi 1,5 milyard dollar dəyərində silah müqavilələri imzalayıblar. Razılaşmalar çərçivəsində Hindistan yaylım atəş sistemləri, top artilleriyası, hava hücumundan müdafiə vasitələri və s. təchiz edir./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA