Bu gün İmişlinin bir hissəsində qaz olmayacaq

img

29-09-2025 [09:55]


Bu gün İmişlinin bəzi küçələrində və rayonun bir sıra kəndlərində qaz təchizatı dayandırılacaq.

Mia.az xəbər verir ki, fasilə diametri 315 mm-lik PE "Muradxanlı" orta təzyiqli daşıyıcı qaz kəməri və üzərindən ayrılan qollarında kipliyin sınağı məqsədi ilə olacaq.

Bununla əlaqədar sentyabrın 29-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək İmişli şəhərinin Neftçilər, A.Şadlinski, Kür, E.Qurbanov, G.Şıxlinski, Telestudiya küçələrində, eyni zamanda, rayonun Rəsullu, Məhəmmədli, Yalavac, Cəfərli, Oruclu, Ağaməmmədli, Əliqullar, Muradxanlı kəndlərində (ümumi 3364 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA