NATO-dan Avropa İttifaqına xəbərdarlıq: "ABŞ-ın nə edəcəyi barədə düşünməyi buraxın, özünüzə baxın..."

img

26-02-2026 [20:18]


"Avropalılar ABŞ-ın nə edəcəyi barədə düşünməyi və narahatlığı buraxmalıdır. Avropa İttifaqı və ittifaqdan kənar ölkıələr  öz mandatları və məsuliyyətləri çərçivəsində davranmalıdır. Onları buna çağırıram".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Mark Rutte Brüsseldəki NATO qərargahında Litva Baş naziri İnqa Ruginiyene ilə keçirdiyi mətbuat konfransında deyib.

Baş katib bildirib ki, NATO hava hücumundan müdafiəni daha da gücləndirmək üçün səyləri hər gün artırır: "Bu gün özümüzü müdafiə etmək iqtidarındayıq. Amma əmin olmaq istəyirik ki, 2, 4 və ya 6 ildən sonra yenə də NATO ərazisinin hər qarışını müdafiə edə biləcəyik. Buna görə də bu məsələ bizim üçün prioritetdir. Qaldı ABŞ-ın Avropadakı qüvvələrini azaltması ilə bağlı xəbərlərə Avropa, Arktika və Atlantikanın təhlükəsizliyini Amerikanın öz müdafiəsi üçün vacibdir. Biz indi bu istiqamətdə balanslaşdırmaya doğru irəliləyirik".

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA