Tramp ona etiraz edən müsəlman konqres üzvlərini deportla hədələdi: "Tezliklə gəldikləri yerə göndərilməlidir"

img

26-02-2026 [11:08]


ABŞ Prezidenti Donald Tramp Konqresdəki çıxışı zamanı ona uca səslə açıq etiraz edən müsəlman kökənli konqres üzvünü deportla hədələyib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.

O, çıxışı zamanı ona etiraz edən Konqresin iki müsəlman üzvü - Rəşidə Tlaib və İlhan Ömərin tez bir zamanda deportasiya edilməsini tələb edib: "Əgər insanlar bu cür davrana bilirlərsə və ölkəmiz üçün çox pis olan vicdansız və korrupsioner siyasətçilər kimi tanınırlarsa, ən qısa müddətdə gəldikləri yerə geri göndərilməlidirlər."

Xatırladaq ki, Tramp Konqresdə hesabat xarakterli çıxış edərkən sabiq prezident Baydenin lideri olduğu Demokrat Partiyasının sərhəd təhlükəsizliyini təmin etməməkdə günahlandırıb: "Amerika hökumətinin ilk vəzifəsi qanunsuz, cinayətkar miqrantları deyil, Amerika vətəndaşlarını qorumaqdır. Konqres üzvlərini bu prinsipimdə mənə dəstəyə dəvət edirəm. Bu çağırışıma razısınızsa, ayağa qalxın və dəstəyinizi açıq göstərin."

Trampın bu çağırışına Konqresin espublikaçılardanolan üzvləri ayağa qalxaraq dəstək verib, lakin demokratlar qalxmayıb.

Tramp bu davranışa qəzəblənib: "Ayağa qalxmırsınız. Özünüzdən utanmalısınız."

Bu zaman Demokatların üzvü olan konqresmen İlhan Ömər ucadan ona cavab qaytarıb: "Amerikalıları siz öldürdünüz, özünüzdən utanmalısınız".

Tramp da ona "Sənin kimilər utanmalıdır" deyib.

Samir MUSAYEV

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA