GƏRGİN KEÇƏN İRAN-ABŞ DANIŞIQLARI - Rəsmi Tehran fasiləyə aydınlıq gətirdi

img

26-02-2026 [20:12]


Bu gün Cenevrədə başlayan İran-ABŞ danışıqlarının 3-cü raundunda gözlənilməz fasilə yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi açıqlama verib.

O, təxminən bir saat əvvəl təxirə salınan Cenevrədəki İran və ABŞ heyətləri arasındakı arasında danışıqların bu gün qaldığı yerdən davam edəcəyini bildirib.

Sözçü İran dövlət televiziyasına belə açıqlama verib: "Hər iki ölkənin nümayəndə heyətinin görüş məkanını tərk etməsindən təxminən bir saat keçib. Çünkki hər iki tərəfin öz paytaxtları ilə məsləhətləşmələri lazım olan məsələlər var. Danışıqlar qaldığı yerdən bu gün davam edəcək. Nüvə sahəsində və sanksiyaların qaldırılması ilə bağlı çox vacib və operativ təkliflər təqdim olunub. Hər iki tərəf danışıqları ciddi şəkildə davam etdirir".

Tahir Şəlvəli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA