Avropa İttifaqı Türkiyə ilə müzakirəni dayandırdı? - Merkeldən müəmmalı tapşırıq

img

30-11-2016 [09:31]


Almaniya kansleri Angela Merkel, rəhbərlik etdiyi Xristian-Demokratik Birlik partiyasının qarşısında çıxışı zamanı Türkiyənin Aİ üzvlüyünə dair yeni danışıqların başlanmasının əleyhinə olduğunu bəyan edib.

Bu barədə məlumat "Bild” qəzetində yer alıb.   

Nəşr partiyanın iclasında iştirak etmiş mənbələrə istinadən bildirir ki, bu,  müzakirələrin, faktiki olaraq, sona çatması deməkdir.

Bundan başqa bildirilir ki, Merkel bu məlumatı partiyanın Türkiyənin Aİ üzvlüyünə dair mövqeyi ilə maraqlanan seçicilərə çatdırmağı tapşırıb(APA).   

Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dayandırılması haqqında qətnamə qəbul edib. Qərar Ankarada sərt reaksiyaya səbəb olub. Türkiyənin baş naziri Binəli Yıldırım sənədin ölkəsi üçün heç hüquqi qüvvəyə malik olmadığını bildirib.  

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA