28-10-2016 [15:04]
"Mənim heç kimlə düşmənçiliyim olmayıb. Eləcə də, Rövşən Lənkəranski ilə. O yazılanlar isə boş şeylərdir”.
Mia.az xəbər verir ki, bu sözləri Lent.az-ın əməkdaşıyla söhbətində əslən Şamaxıdan olan milyonçu, idman ustası, hazırda Kiyevdə bizneslə məşğul olan Oleq Andreyeviç Krapivin bildirib.
Oleq Andreyeviçin dediyinə görə, o, bu tip söhbətlərə fikir vermir, hazırda Kiyevdə öz işləriylə məşğuldur.
"Sizə qarşı sui-qəsd planının "Lotu Quli”ylə dost olduğunuza görə təşkil edildiyi bildirilir,” - sualına isə iş adamı belə cavab verib: "Mən çox adamla dostam, çox adamla münasibətlərim ola bilər. Deyilənlər mənim üçün əhəmiyyətsizdir”.
Xatırladaq ki, "Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun Rövşən Lənkəranski tərəfindən zəhərlənməsi planıyla bağlı KİV-də gedən yazılarda bir nəfərin də adı çəkilib.
Söhbət əslən Azərbaycandan olan və hazırda Kiyevdə yaşayan Oleq Krapivindən gedir. Bu planla bağlı yayılan səs yazılarında da Lənkəranskinin yaxın adımı olan İlqar adlı şəxs "Lotu Quli”nin yaxın adamı, "Oleq Bakinski” kimi tanınan Oleq Krapivini Kiyevdə öldürəcəyi barədə danışır: "Sən bu işi burada həll elə, mən də onu Kiyevdə o tərəfə yola salım”, deyir.
Bəs görəsən Oleq Krapivin kimdir?
Lent.az-ın məlumatına görə, Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb. İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib. Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. 2007-ci il Oleqin həyatında ən əlamətdar il olur. O, Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanır. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Ailəlidir, 4 övladı da var.
Krapivin həm də Ukraynada tanınmış iş adamdır. Ukraynada, xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. "Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir.
Krapivin Kiyevdə həm də "Oleq Bakinski” kimi tanınır. O, Azərbaycan diasporunun liderlərindən sayılır. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədridir.
30 ilə yaxındır, Azərbaycanı tərk etsə də, tez-tez vətəninə baş çəkir. O, Kiyevdə "Bakines” adlı güləş klubu yaradıb. Azərbaycan dilində bazar məktəblərinin sponsordur. Bir qədər əvvəl Şamaxıda Krapivinin şərəfinə güləş turniri keçirilib.
Krapivin hətta Şamaxıda güləş məktəbi açıb ona sponsorluq etmək istəyir. Hətta bu məktəbin yeri belə alınıb, bəzi tikinti işlərinə belə start verilib.
Müsahibələrinin birində Krapivin deyir: "Vətənim üçün nə etsəm, azdır. Rus olsam da, özümü həmişə azərbaycanlı hesab etmişəm. Bu torpağa, insanlara bağlılığım olub. Hətta toyum belə, Azərbaycan adət-ənənələrinə uyğun keçib. Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, "Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”.
Daha sonra ailəsi ilə bağlı danışan Oleq deyir: "Həyat yoldaşımla Sabunçuda tanış olmuşdum. Atası onu mənə vermək istəmirdi. Çünki həyat yoldaşım ləzgi idi, atası da rus millətinə qız verməyi düşünmürdü. Mən də dedim ki, verməsəniz, götürüb qaçacam. Amma bir-birimizi sevirdik. Şükürlər olsun ki, bu sevgidən gözəl və xoşbəxt ailəm var. Etiraf edim ki, uşaqlarımın necə böyüdüyünün fərqinə varmadım. Çünki mənim iş qrafikim sıx idi. Səhər işə gedirdim, gecə evə gəlirdim. Onlarla lazımi şəkildə vaxt keçirə bilmirdim. Sadəcə, həyatda düzgün seçim etməyim övladlarımın tərbiyəsində də özünü göstərib. Həyat yoldaşım onların cəmiyyətə xeyirli övlad kimi yetişməsində böyük rol oynayıb”.
O, bəzən "avtoritet”, "kriminal lider” adlandırılmasına isə belə cavab verib: "Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu, mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur”.
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu