25-10-2016 [12:06]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Yusif Əzizov ifadə verib.
O bildirib ki, oğlunu ixtisası üzrə işə düzəltmək istəyib. Buna görə də dostunun məsləhəti ilə Maşallah Əhmədova 15 min manat verib:
"Dostum dedi ki, oğlu da Maşallah Əhmədovun yanında işləyir. Görüşəndə Maşallah mənə dedi ki, 15 min manat versəm, oğlumu Dövlət Neft Şirkətinin nəzdində olan bir təşkilata düzəldəcək. Onu da bildirdi ki, oğlumu xaricdə oxumağa göndərəcək. Pulu versəm də, iş düzəlmədi, pulu da qaytarmadı. Mən dəfələrlə ona demişəm ki, məsələni polis səviyyəsinə qaldırmayaq. Bundan əlavə mənə başqa işlərlə bağlı da söz verdi, yerinə yetirmədi. Onun mənə vurduğu ziyan 350 min manatdır. Mənə İrandan tikinti daşı gətirmək üçün də söz verdi, pulumu aldı qaytarmadı".
M. Əhmədov isə deyib ki, həmin adamla İrana gedib tikinti daşları gətiriblər: "Bu adam bilmirdi ki, o daş İranda neçəyədir, Bakıda neçəyə satılır. Daş biznesində təcrübəsi yox idi. Daşları mən satırdım. Heç bir şeyi düz danışmadı".
İclasda Y. Əzizmovun oğlu Nizami Əzizov ifadə verib. O, da atasının dediyini təsdiqləyib. Bildirib ki, M. Əhmədovla Dövlət Neft Şirkətində olarkən, təqsirləndirilən şəxs deyib buraya işə imtahanla qəbul olunduğunu söyləyib.
Şahid ifadəsi verən Qaçay Əliyev də M. Əhmədovun Y. Əzizovdan oğlunu işə düzəltmək adı ilə pul aldığını təsdiqləyib.
Proses noyabrın 1-də davam edəcək.
Qeyd edək ki, Maşallah Əhmədov 2015-ci ilin dekabrında saxlanılıb. İttihama görə, bizneslə məşğul olan keçmiş futbolçu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, vədinə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. M. Əhmədov barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan bu qərar ev dustaqlığı ilə əvəzlənib.
APA
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu