24-10-2016 [16:50]
«Xətaidəki bina yanğınından sonra MTN bizdən 300 min pul istədi. Dedilər ki, həmin hadisədən sonra dövlət rəhbərliyinə təqdim etməyə rəy hazırlanır. Bizim şirkət haqqında orada müsbət fikir getməsi üçün tələb olunurdu bu məbləğ».
Modern.az "Azadlıq” radiosuna istinadən xəbər verir ki, ötən ilin mayında Binəqədidəki yaşayış binasında 15 nəfərin ölümü ilə nəticələnmiş yanğına görə həbs olunanlardan Ələkbər Əsgərov belə deyir. O, binanı üzləmiş «Global Stone» MMC-nin direktoru olub.
«NƏDƏ TƏQSİRLƏNDİRİLDİYİM MƏNƏ AYDIN DEYİL»
Bu yanğın hadisəsi dörd aydır ki, Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Hazırda bu prosesdə təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsidir. Oktyabrın 24-də keçirilən məhkəmə iclasında Ələkbər Əsgərov ifadə verib. Deyib ki, 1 il 6 aydır ailəsindən, cəmiyyətdən təcrid olunub, amma hələ də hansı günahın sahibi olduğunu bilmir.
«Nədə təqsirləndirildiyimi, ümumiyyətlə, burada niyə oturduğumu bilmirəm, mənə aydın deyil. Ona görə də bu gün burada ifadə vermək mənə çox çətindir», - Ələkbər Əsgərov bildirib.
O, ifadəsində qeyd edib ki, «Global Stone»da şirkətin təsisçilərindən biri, hazırda təqsirləndirilən şəxslər sırasında olan Miryusif Mahmudovun təklifi ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rəsmi müqavilə ilə şirkətin baş direktoru olub. Amma bu vəzifədə cəmi bir il işləyib.
Hadisənin hansı səbəbdən baş verməsindən xəbərsiz olduğunu deyən Ələkbər Əsgərov söyləyib ki, şirkətin istehsal etdiyi poliuretan üzlüklər üçün xammal Türkiyədən gətirilirdi.
O, ifadəsində yanğın günü baş verənlərdən də danışıb. Dediyinə görə, hadisə yerinə gedən yollar bağlanmışdı, bir müddət tıxacda qalandan sonra yenidən ofisə qayıdıblar. Ofisə çatanda isə orada MTN əməkdaşlarını görüblər: «Kompüterləri yığdılar, işçiləri danışdırdılar. Bir az keçəndən sonra prokurorluq işçiləri gəldi. Mən onlarla birlikdə getdim».
«MƏBLƏĞİN 300 MİN OLDUĞUNU DEDİ»
Ələkbər Əsgərov iddia edib ki, hadisədən əvvəl MTN əməkdaşları onlardan 300 min pul istəyirdi: «Ofisdə oturmuşduq. Şirkətin təhlükəsizlik xidmətinin rəis müavini Arif Əliyev gəldi, dedi ki, Xətaidəki yanğından sonra rəy hazırlanır. Bizdən də həmin rəyə şirkət haqqında müsbət fikir əlavə etməkdən ötrü pul istəyirlər. Məbləğin 300 min olduğunu dedi. Miryusif Mahmudov da əsəbiləşdi...».
Miryusif Mahmudov özü də məhkəmədə ifadəsində hadisədən öncə MTN-in vəzifəli şəxslərinin ondan pul tələb etdiyini bildirmişdi. Lakin o, konkret məbləği açıqlamamışdı.
Ələkbər Əsgərov ifadəsinə əlavə edib ki, yanğına görə onunla birlikdə məhkəmə qarşısına çıxarılan şəxslərdən yalnız ikisini - Miryusif Mahmudov və Uğur Bəşirovu tanıyır.
Həmin yanğınla əlaqədar məhkəmə qarşısına çıxarılanlara CM-nin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Digər təqsirləndirilən şəxslər «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi rayon icra hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədovdur.
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü
Trampın xüsusi nümayəndəsi İrana hücumun əsl səbəbini açıqladı: "İsrail tək bir bomba ilə məhv edilə biləcək bir ölkədir"
Türkiyədə yenə zəlzələ oldu - 4 bal gücündə
Gəncədə əməliyyat: 33 yaşlı Ədil Ədilov 27 kq heroinla tutuldu
Azərbaycandan Ermənistana daha 11 vaqonluq yük yola salınıb