19-10-2016 [17:06]
MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub.
Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılır. Bu gün keçirilən proses oktyabrın 31-ə təxirə salınıb. Jurnalistlər məhkəməyə buraxılmayıb.
Mia.az virtualaz.org-a istinadən Çovdarovun istintaq materiallarından bəzi epizodları təqdim edir.
Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Belə epizodlardan biri də Azərbaycanda kifayət qədər tanınmış şirkətin - plastik su və kanalizasiya boruları istehsal edən "Met-ak” MMC-nin sahibinin soyulması barədədir.
2005-ci ilin fevralında MTN generalı Akif Çovdarovun idarəsinin işçisi (hazırda onunla birlikdə müttəhimlər kürsüsündə oturur) polkovnik-leytenat Akif Əliyev bu şirkətin direktorunu hüzuruna çağırır.
"Met-ak” şirkətinin maliyyə işləri üzrə direktoru Zülfüqarov Fuad Zülfüqar oğlu zərərçəkmiş qismində istintaqa ifadəsində deyir ki, şirkəti onun dayısı Alik Kərimov hələ 1997-ci ildə təsis edib. 2012-ci ildən isə şirkətin icraçı direktoru dayısı oğlu Aydın Kərimovdur. O da şirkət açılandan dayısının yanında işləyib, sonradan maliyyə işləri üzrə direktor olub.
Zərərçəkən deyir ki, həmin vaxt MTN-dən Çovdarovun idarəsinin işçisi (MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi ) Akif Əliyev ona mütəmadi olaraq zəng vurub nazirliyə çağırmağa başladı. "Bəzi maliyyə məsələlərini aydınlaşdırmaq lazımdır” - dedi. Zülfüqarov təbii ki, bu barədə əvvəlcə dayısına xəbər verir, onun razılığını alandan sonra fevralın əvvəllərində səhər tezdən yollanır MTN-in binasına.
Qapıda onu Akif Əliyevin işçilərindən biri qarşılayır, MTN-nin ikinci mərtəbəsinə aparıb otaqlardan birinə salır. Zülfüqarovu axşama qədər MTN-də saxlayıblar və bir neçə dəfə dindiriblər, izahat-filan alıblar. Nəhayət saat 19.00 radələrində Akif Əliyev otağa daxil olur, söhbətə başlayır və çox keçmədən mətləbə keçir.
"Uzun illərdir, işləyirsiniz, pul qazanırsınız, ancaq nazirimizi indiyə qədər saymamısız. Bir dəfə də olsun, əldə etdiyiniz gəlirdən Eldar Mahmudova pay ayırmamısız. Sizin bütün maliyyə dövriyyəniz əlimizdədir. İşiniz ancaq pul qazanıb tək yeməkdir” - Əliyev deyir.
Daha sonra Çovdarovun işçisi mətləbə keçir: "50 min manat verməlisiniz, əks halda sizə işləməyə imkan verməyəcəyik!”
Zülfüqarovun isə cavabı belə olur ki, 50 min manat məsələsində qərarı ancaq dayısı Alik verə bilər, ona görə də gərək dayısı ilə danışsın, sonra cavab versin. Ertəsi gün Zülfüqarov şirkətin ofisində məsələni dayısına danışır. Ancaq Alik Kərimov deyir ki, "Met-ak” şirkətinin fəaliyyətində heç bir pozuntu mövcud deyil və MTN onlara heç nə edə bilməz. Ancaq hər halda aparıb Akif Əliyevə 10 min manat vermək lazımdır ki, başlarını ağrıtmasın.
Belə də olur. Zülfüqarov "Met-ak”ın kassasından 10 min manat götürür, fevralın 11-də Akif Əliyevə zəng vuraraq onunla MTN-in yaxınlığındakı "Sultan” kafesində görüşür. Pulu çatdırır, bundan sonra Akif Əliyev onu narahat etmir.
İstintaq bu deyilənləri təsdiq edən dəlillər toplayıb, MTN-nin binasında çəkilmiş videogrüntülərə əsasən Zülfüqarovun göstərilən tarixdə nazirliyə aparıldığını təsdiqləyib. Habelə "Met-ak”ın hesabat kitabında 10 min manat pulun kassadan MTN-ə çatdırılması üçün götürüldüyü haqda qeyd olub.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü