04-10-2016 [15:20]
Binəqədidə çoxmərtəbəli binada baş verən yanğınla bağlı növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Binəqədi rayon icra başçısının sabiq birinci müavini Qəzənfər Novruzov barəsində təyin edilən tibbi ekspertizanın rəyi açıqlanıb.
Hakim Q.Novrozuvun səhhəti ilə bağlı verilən rəy haqda danışatkən deyib ki, təqsirləndirilən şəxsdə qaraciyərin hepatit C virus mənşəli serrozu, şəkərli diabet, arterial hipertoniya, xroniki xolesistit, xroniki prostatik xəstəlikləri müəyyən edilib.
Ə.Hacıyev bu xəstəliklərin arzuolunmaz sonluqla nəticələnə biləcəyini söyləyib.
Prokuror Fərid Nağıyev isə bildirib ki, Q.Novruzovun xəstəlikləri onun barəsində cinayət işinin icraatının dayandırılması üçün qanunvericilikdə müəyyən olunan ağır xəstəliklər siyahısına daxil deyil və buna görə də həbs-qətimkan tədbirinin dəyişdirilməsinə ehtiyac yoxdur.
Prosesin gedişində vəkillər məhkəmə prosesinin videoçəkilişə alınması, zalda foto və video materialların nümayiş olunması üçün texniki avadanlıqların təmin edilməsi üçün vəsatət qaldırıblar.
Məhkəmə videoçəkiliş aparılması ilə bağlı vəsatəi təmin etməyib. Digər vəsatət isə təmin edilib.
Məhkəmədə təqsirləndirilən Miryusif Mahmudov sərbəst ifadə verib.
O, ötən proseslərdə oluğu kimi bu dəfə də bildirib ki, binanın yandırılması üçün uzun müddət öncədən plan qurulub: "Yanğın başlayandan yarım saat sonra MTN-in xüsusi əməliyyat keçirərək bizim ofisi mühasirəyə alması müəmmalıdır. Bu yanğından 3 gün öncə Nərimanov rayonunda başqa bir binanı yandırmağa cəhd edilib, amma alınmayıb. Bununla bağlı cinayət işi də başlanılıb. Bu bina yanmağa başlayan kimi media məlumat yaydı ki, səbəb keyfiyyətsiz üzlüklərdi. Mən indi onları məhkəməyə verməliyəm?".
M.Mahmudov həyatını mübarizəyə həsr etmək istəmədiyini və yaşamaq istədiyini söyləyib.
"MTN-də mənə yanıldıcı suallar verirdilər. Soruşurdular ki, rəqibin varmı, təzəlikcə işdən çıxardığın olubmu? Çünki gözəl bilirdilər ki, bir həftə əvvəl təsisçilərdən biri yola getmədiyimizə görə şirkətdən uzaqlaşmışdı. Günahı kiminsə üstünə atmaq istəyirdilər. Yanğın vaxtı da Sabunçu və Sumqayıtda binalarda üzlükləri sökənlər bir yerdən idarə olunanlar idi"-deyə təqsirləndirilən şəxs qeyd edib.
M.Mahmudov digər təqsirləndirilən şəxsləri məhkəmədə tanıdığını, onlarla birlikdə dəstə yaratmadığını deyib: "MTN-dən prokurorluğa aparılanda sevindim, amma orada da müstəntiq 3 kağız imzalatdırdı. Mayın 20-də prezidentin rəhbərliyi ilə keçirilən iclasda baş prokuror bizim şirkətə dair sənədləri təqdim etdi, amma bilmirəm nə səbəbə? Fövqəladə hallar naziri bizim şirkət tərəfindən onlara sənəd daxil olmadığını dedi. Halbuki, biz bütün qurumları lazımı sənədləri vermişdik".
Prosesdə təqsirləndirilənlərdən biri, "Dərnəgül Boru Zavodu" QSC-nin Laboratoriya müdiri Ağacavad Məmmədovun səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb. Qəzənfər Novruzovun da səhhəti pisləşdiyi üçün fasilə elan olunub. Qeyd edək ki, bu, hər iki şəxsin səhhətində yaranan problemlərə görə bundan əvvəl də məhkəmə prosesləri təxirə salınmışdı.
Məhkəmə prosesinin günün ikinci yarısında davam etdiriləcəyi açıqlanıb(Musavat.com).
Xatırladaq ki, sonuncu prosesdə Q.Novruzov məhkəmə proseslərinə gələ bilməməsi, səhhətinin ağır olması ilə bağll məhkəməyə müraciət edərək ekspertizanın təyin edilməsini istəmişdi.
Qeyd edək ki, qulluq mənafeləri tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməmələri nəticəsində vətəndaşların və dövlətin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarında kifayət qədər əsaslar olduğundan binaların üzlənməsində istifadə olunan "poliuretan” məmulatını istehsal edən "QlobalStone” MMC-nin baş direktorun müavini Bəşirov Uğur Firuz oğlu, "Global Construction” MMC-nin təsisçisi Mahmudov Miryusif Mircəfər oğlu, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Əsgərov Ələkbər İldırım oğlu, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Novruzov Qəzənfər Məhərrəm oğlu, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsində işləmiş rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Rəcəbov Ədalət Şəmsəddin oğlu, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Orucov Nizami Qara oğlu Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə, "poliuretan” məmulatlarının sınaq yoxlamalarını keçirən "Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Məmmədov Ağacavad Hacı oğlu Cinayət Məcəlləsinin 308.2 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə, "poliuretan” məmulatlarına dair texniki şərtləri razılaşdırmış Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Əlibəyov Akif Muradəli oğlu Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq, onlara həmin maddələrdə nəzərdə tutulan ittihamlar elan edilib.
Xatırladaq ki, rəsmi məlumata görə, yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb
Məmur olmaq istəyənlər imtahan verəcək - Xəbərdarlıq
Naxçıvanda onlayn kazino işlədən qız tutulub - VİDEO
Azərbaycanda üç kəndin adı dəyişir
Onlar indi hardadır?
İcra başçısı 31 nəfəri vəzifədən azad edib
Daha bir prezident İlham Əliyevə məktub göndərib - MƏTN
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: saxlanılanlar var
İstanbulda gecə 3 maşına od vurulub
Daha çox şikayət edilən sığorta şirkətləri: "Xalq Sığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta"... - SİYAHI
İsrail Livanı bombaladı - Daha on nəfər həlak olub
Rezidenturaya qəbul imtahanı keçiriləcək - Bu tarixdə
Laçında əkinə yararlı torpaqlar icarəyə verilir
Azərbaycan nefti 12.69 dollar ucuzlaşdı - Neftimiz 90 dollara düşdü